AZ

"Greencard nəticələri açıqlananda bu, hələ qalib olmaq demək deyil"- Aqil Qurbanov

Hər il keçirilən Greencard lotoreyası bir çox insanın həyatını dəyişib. Greencard ABŞ-də yaşamaq üçün verilən sənəddir. Bəs qaliblər nəyi nəzərə almalıdırlar?

Greencard qalibi Aqil Qurbanov BiG.AZ-a bildirib ki, Greencard nəticələri açıqlananda bu, hələ qalib olmaq demək deyil.İnsanlar var ki, evlərini,maşınını satırlar, amma onlara sıra gəlmir.Gürcüstandakı axırıncı müsahibənin nəticələrini alandan sonra özlərini Greencard qalibi elan edə bilərlər.

"9 il öncə greencard qalibi olmuşdum. Greencard nəticələri açıqlananda bu, hələ qalib olmaq demək deyil.İlk öncə 200000 nəfərə Greencard verilir. Onların içindən 50 000 nəfər seçilir. Onlar müsahibədən keçənə qədər Greencard qalibi sayılmırlar. Müsahibədən keçəndən, viza alandan sonra Greencard qalibi olurlar. İnsanlar var ki, evlərini,maşınını satırlar, amma onlara sıra gəlmir. 50 000 adam seçiləndən sonra 50001-ci adama sıra gəlsə də,seçilmir. Məsləhət görərdim ki, insanlar evlərini,maşınlarını satmasınlar. Gürcüstandakı axırıncı müsahibənin nəticələrini alandan sonra özlərini Greencard qalibi elan edə bilərlər".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
big.az

1Mənbələr