AZ

PSJ-nin futbolçusu AVRO-2024-də iştirak edəcək?

PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri Fransa millisi ilə Avropa çempionatına getməyə ürəkdən ümid edir.

90deqiqe.Az-ın "Le Parisien"ə istinadən məlumatına görə, "mavilər"in baş məşqçisi Didye Deşam gənc yarımmüdafiəçini Almaniyadakı turnirə aparacaq.

Daha əvvəl bildirilmişdi ki, Zair-Emerinin son təklifdəki yeri şübhə altındadır, lakin mənbə bu şayiələri təkzib edir. 18 yaşlı futbolçu heyətdə yer almalıdır.

Xatırladaq ki, bu ilin payızında Zair-Emeri 17 yaşında Fransa millisində debüt etmiş və ilk oyununda Cəbəllütariqlə qol vurmuşdu. Uorren cari Fransa çempionatında iki qol vurub və üç məhsuldar ötürmə edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
90deqiqe.az

1Mənbələr