AZ

Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək

Andrey

Bakı, 10 may, AZƏRTAC

“Qarabağ”da işlərim yaxşı gedir. Hazırda Azərbaycan Kubokunun finalında “Zirə”yə qarşı keçirəcəyimiz oyuna hazırlaşırıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov Azərbaycanda qalıb-qalmayacağı barədə Rusiya mətbuatına açıqlamasında deyib.

O, Ağdam klubu ilə müqaviləsinin uzadılması məsələsinə münasibət bildirib: “Hər şeyin öz vaxtı var. Rusiya çempionatına dönmək barədə də heç nə deyə bilmərəm. Bunu da zaman göstərəcək”.

Qeyd edək ki, Andrey Lunyov 2023-cü ilin avqustunda "Qarabağ"a keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla