Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, Ulu Öndərin məzarı önünə tər güllər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi anılıb, məzarı önünə güllər qoyulub.