- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Kiyev, 10 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna-Türk Mərkəzi birgə ümumukrayna esse müsabiqəsi elan edib.
AZƏRTAC xəbər verir ki, “Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rolu” mövzusunda elan edilən müsabiqədə 18-28 yaş arası gənclər iştirak edə biləcəklər.
Yazılar iyunun 10-dək qəbul ediləcək. İyunun 15-də - Milli Qurtuluş Günündə müsabiqənin qalibləri elan olunacaq. Müsabiqənin iştirakçıları sertifikat, finalçılara isə diplom və hədiyyələr təqdim ediləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.