AZ

“Rus qoşunları Xarkovda 10 kilometr irəliləməyi planlaşdırır”- “Reuters”

Rusiya hərbçiləri Xarkova yeni hücum dalğasına başlayıb.

Azpost.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi zirehli texnikanın örtüyü altında müdafiə xəttini yarmağa cəhd edildiyini, lakin hücumların dəf edildiyini və hazırda döyüşün davam etdiyini bildirib.

Müdafiəni gücləndirmək üçün nazirlik vilayətə ehtiyat qüvvələr göndərir.

“Reuters” Ukraynanın yüksək rütbəli hərbçisinə istinadən yazır ki, rus qoşunları Belqorodu qorumaq məqsədi ilə bufer zona yaratmaq üçün Xarkovda 10 km. irəliləmək niyyətindədir.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
azpost.info

1Mənbələr