AZ

Kasilyasdan Luninə dəstək

“Real”ın əfsanələrindən olan İker Kasilyas həmkarları barədə danışıb. Sabiq qapıçı Çemionlar Liqasının finalında madridlilərin əsas heyətində kimin yer almasının gərəkdiyi barədə fikirləini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, Kasilyas baş məşqçi Karlo Ançelottiyə dəyişiklik etməməyi məsləhət görüb: “Dortmund “Borussiya”sı ilə oyunda “çərçivə”də Andrey Lunin dayanmalıdır. Tibo Kurtua özünü sübut etmiş biridir, dünyanın ən yaxşılarındandır. Ancaq onun hələ tam formaya düşməsi üçün zamana ehtiyac var”.

Xatırladaq ki, Kurtua ağır zədədən sonra məşqlərə başlayıb. Bu müddətdə Lunin özünü yaxşı tərəfdən göstərib. Amma belçikalının dönüşündən sonra ukraynalının yenidən ehtiyatda oturacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla