AZ

Kosovonun Avropa Şurasına daxil olması uzanır

Kosovonun Avropa Şurasına (AŞ) qəbulu Nazirlər Komitəsinin mayın 16-17-də keçirilməsi nəzərdə tutulan iclasının gündəliyinə daxil edilməyib.

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, bununla bağlı Kosovonun baş naziri Albin Kurti açıqlama verib. 

O, bu qərarın doğru olmadığını və qərəzli mövqe olduğunu bildirib:

"Kosovo qurumun siyasi məsələlər komitəsi və onun parlament assambleyası olan AŞPA-da aprelin əvvəlində keçirilən səsvermədə təsdiq edilmiş üzvlük üçün bütün kriteriyaları yerinə yetirib".

İddia olunur ki, Kosovonun Avropa Şurasına üzvlüyü növbəti iclasda müzakirə olunacaq.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
bakivaxti.az

1Mənbələr