AZ

Dırnağını yeyənlərdə 10 cür xəstəlik yaranır


Onixofagiya uşaq yaşlarından başlayan, dünyada çox yayılmış zərərli vərdişlərdən biridir.


"Medicina" dırnaq yeməkdən yaranan xəstəlikləri təqdim edir:


Alimlər bildirir ki, insan dırnaqlarını yeyirsə, o an beyin hansısa problemdənçıxış yolu axtarır, sanki neqativ hissləri " yeyir”.




-Dırnaqların içi bakteriyaların artması üçün əlverişli yerdir. Çünki barmaqlar çirkli səthlərə çox toxunur.

Dırnaq dibində olan salmonella, bağırsaq çöpü, bir çox qurd yumurtaları ağız vasitəsilə həzm traktına keçir.

- Dişlər, xüsusən ön dişlər emalı korlayır, dişlərin həssaslığını pozur,dişləmi dəyişir, çeynəmədə problemlər yaradır.

- Psixoloji baxımdan dırnağını yeyənlərdə səbəbsiz təşviş, utanc, özünə qarşı dəyərsizlik, kədər xas olur.

-Onixofagiya çənə və boyun əzələlərinə təzyiq nəticəsində boyun hissədə ağrı yaradır.

-Bu adamların dırnaqlarında paronixiya adlı infeksiya, irinləmə, qızartı, şişkinlik da çox olur.

-Bu adamlarda göbələkhəmişə normadan artıq olur



Dırnaq yeməyi tərgitmək siqaret və alkoqol kimi çətindir, bunun üçün məqsəd və stimul olmalıdır.

Aygün Musayeva


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
10
medicina.az

10Mənbələr