AZ

Ukraynada sirli zavodlar aşkarlandı: Görün Rusiyadan necə gizlədiblər

Ukraynada bəziləri yerin altında, digərləri isə “böyük bəzəklər altında gizlədilmiş” gizli silah zavodları şəbəkəsi qurulub.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” nəşri Ukrayna silah sənayesindəki mənbəyə istinadən yazıb.

"El Mundo"nun həmsöhbətinin sözlərinə görə, hazırda Ukraynanı ən çox narahat edən bu zavodların Rusiya qoşunlarından gizlədilməsidir.

“Biz işçilər arasında bir neçə vətən xaini aşkar etmişik”, - deyə mənbə bildirib.

Jurnalistlərin həmsöhbəti qeyd edib ki, Ukraynada “Avropada çatışmayan şeylər var, Avropa isə bizdə çatışmır”. “Bizdə pul və müqavilələr çatışmır, lakin Avropada Rusiya təhlükəsi səbəbindən onları yenidən silahlandırmağa imkan verən zavodlar yoxdur. Burada bizim digər Avropa zavodlarından daha qısa müddət ərzində istədiklərimizi istehsal etmək üçün təcrübə və resurslarımız var”.

Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov bildirib ki, 2024-cü ildə Ukrayna ötən illə müqayisədə uzaqmənzilli pilotsuz təyyarələrin istehsalını 10 dəfə artırıb. Əksər dronların uçuş məsafəsi 700-1000 kilometrdir, lakin 1000 kilometrdən çox uçuş məsafəsi olan modellər də var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla