AZ

Qaraçuxurda silsilə oğurluq: Şübhəli saxlanıldı

Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən alış-veriş edən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, o, Qaraçuxur qəsəbəsində ayrı-ayrı şəxslərə məxsus 4 avtomobilin şüşəsinin sındırılaraq onların salonlarında telefon, noutbuk, bank kartları, pul və digər qiymətli əşyalar oğurlayıb.

Şübhəli bilinən paytaxt sakini 1994-cü il təvəlüldlü Əli Səfərovdur.

Saxlanılan şəxs oğurladığı bank kartlarının bir neçəsi ilə mağazalardan alış-veriş etməyə də cəhd göstərib. Onun bu hərəkətləri təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq