AZ

"Oba Market" barəsində inzibati protokol tərtib olundu

"Oba Market" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, marketlər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Xəzər Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Oba Market" on min manatdan on beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla