AZ

Ermənistanda “Tavuş – Vətən uğrunda” hərəkatının iki iştirakçısına qarşı cinayət işi qaldırılıb - YENİLƏNİB

Ermənistanı paytaxtı İrəvanda “Tavuş – Vətən uğrunda!” hərəkatının keçirdiyi etiraz aksiyasının saxlanılan iki iştirakçısına qarşı cinayət işi qaldırılıb.

APA-nın Ermənistan mətbuatına istinadən məlumatına görə, buna səbəb 42 və 47 yaşlı bu şəxslərin üzərində iki ədəd bıçağın tapılmasıdır. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

***

15:35

Ermənistan polisi İrəvanda və onun hüdudlarından kənarda itaətsizlik aksiyası keçirənlərin bəzilərini saxlayıb.

APA xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılanların 12 nəfər olduğu bildirilib.

Qeyd edək ki, itaətsizlik aksiyasının tərəfdarları hazırkı hökumətin istefası tələb edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla