AZ

“ƏDV geri al” iqtisadiyyatın "ağardılması"na xidmət edən layihədir” – İqtisadçı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“İqtisadiyyatın ağardılması istiqamətində icra edilən ən uğurlu innovativ sayılan “ƏDV geri al” layihəsinin adını çəkə bilərik”.

Bunu Banco.az-a açıqlamasında iqtisadçı Eldənir Əmirov deyib. O hesab edir ki, bu layihə iqtisadiyyatın ağardılmasında təkcə dövlət qurumlarını və təsərrüfat subyektlərinin deyil, bütün əhalinin iştirakını təmin etdi:

“İnsanları idarə etməyin ən yaxşı yolu, onların maraqlarının idarə edilməsidir. Məsələyə bu kontekstdən yanaşılarsa, deyə bilərik ki, “ƏDV geri al” layihəsi insanların ödənişlərinin rəsmiləşdirilməsində maraq effekti yaratdı. Bu da, öz nəticəsini göstərib. Bu layihədə  ölçülə bilməyən bir meyar da var. Qeyd edim ki, məhz “ƏDV geri al” layihəsi çərçivəsində vergidən nə qədər yayınmanın baş verdiyini, neçə faizi insanlara ƏDV geri qaytarıldığını hesablayan metodologiyanı qurmaq mümkün deyil”.

Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar-aprel ayları ərzində pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də səhiyyə müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 59,2 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla