AZ

Yeni Klinikada “Tənəffüs Yollarının Təmizləmə Texnikası” kursu baş tutub » Medical Media


TƏBİB Akademiyası və Azərbaycan Daxili Xəstəliklər Cəmiyyətinin birgə təşkilatçılığı ilə Yeni Klinikada “Tənəffüs Yollarının Təmizləmə Texnikası” kursu keçirilib. 

TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri PhD. Pərvin Əkbərovun koordinatorluğu ilə baş tutan təlimi Türkiyənin Qazi universitetindən dəvət alan professor və uzman fizioterapevtlər tədris edib.

Türkiyə Kardiopulmonar Fizioterapiya və Reabilitasiya Cəmiyyətinin sədri, Prof.Dr. Meral Boşnak Güçlü, və Qazi Universiteti, Fizioterapiya və reabilitasiya bölümü, Kardiopulmonar Fizioterapiya və reabilitasiya şöbəsinin uzman fizioterapevti Ece Baytokun iştirakı ilə baş tutan təlimdə tənəffüs yollarının təmizlənmə üsulları, inspirator və ekspirator həcmi artıran tənəffüs yollarının təmizlənməsi üsulları, texnikaları (nəzəri və praktiki) izah edilib.  

Bundan başqa kurs müddətində postural drenaj formaları, nəfəs məşqləri, tənəffüs funksiyasını yoxlayan cihaz, manuel hiperinflyasiya, ekspirator sürəti artıran texnikalar (nəzəri), titrəyiş texnikaları (nəzəri və praktik), reanimasiyada tənəffüs yollarının təmizlənmə üsulları ilə bağlı təlimlər keçirilib. 

Müzakirə və sual-cavab sessiyası ilə yekunlaşan kursun sonunda iştirakçılar sertifikatla təmin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
Mənbələr
Şərh ()
Bağla