AZ

Netanyahu: "İsrail təkbaşına mübarizə aparacaq qədər güclüdür" 

"Əgər tək dayanmaq lazımdırsa, biz də tək qalacağıq".

Bakıvaxtı.az "USA Today"ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Cozef Baydenin silah tədarükü ilə bağlı xəbərdarlığına toxunan İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O, açıqlamasında "76 il əvvəl Müstəqillik Müharibəsində silahımız yox idi. İsrailə silah embarqosu qoyulmuşdu. Lakin qəhrəmanlıq və birlik gücü ilə biz qalib gəldik" - deyə Baydenə cavab verib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Cozef Bayden İsrail hərbçilərinin Qəzzanın cənubundakı Rəfah şəhərində əməliyyata başlayarsa, ABŞ-nin İsrailə silah tədarükü göndərməyəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla