AZ

Paşinyan devrilsə, Azərbaycan bu prosesləri sadəcə kənardan izləməyəcək

Ermənistanda delimitasiya və demarkasiya prosesləri fonunda Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyaları davam edir.

Maraqlıdır, görəsən Paşinyanın hakimiyətdən devrilməsi delimitasiya və demarkasiya proseslərinə necə təsir göstərəcək?

Bu barədə Bakıvaxtı.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanda davam edən etiraz aksiyaları əsasən delimitasiya və demarkasiya prosesinə qarşı çıxır. Buna qarşı çıxan terror yuvasına çevrilmiş erməni Apostol kilsəsi hətta bu mitinqlərdə maksimum nəticə əldə etsə belə, yəni Paşinyanı hakimiyətdən devirə bilsələr o zaman Azərbaycan bu prosesləri sadəcə kənardan izləməyəcək:

Ədalət Verdiyev: Bu proseslər Ermənistana yaxşı heçnə vəd etmir

Ekspertin sözlərinə görə, bu vəziyyətdə Azərbaycan tərəfində delimitasiya və demarkasiya ilə məşğul olan Şahin Mustafayevin Ali Baş Komandan tərəfindən səlahiyyətləri dayandırılacaq və demarkasiya prosesini Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti davam etdirəcək:

“Bu isə Ermənistana yaxşı heçnə vəd etmir”.

Ə.Verdiyev qeyd edib ki, bu proseslər həm demarkasiya məsələsini, həm də Ermənistanın üzərinə götürdüyü, amma yerinə yetirmədiyi digər öhdəliklərin, o cümlədən Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edə bilər.

“Nəticə etibarilə, proseslərin hazırda davam edən müsbət istiqamətində Ermənistan rəhbərliyi tərəfindən bu addımlardan imtina edilməsi və ya onların dayandırılması Ermənistan üçün növbəti dəfə şəxsi heyət, ərazi, texnika, vasitə və avadanlıq itkiləri ilə müşayiət oluna bilər”.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla