AZ

DSMF-nin gəlirləri və xərcləri artıb

2024-cü ilin yanvar-aprelində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 169 milyon manat olub ki, bu da proqnozla müqayisədə 2,2% və ya 47 milyon manat çoxdur.
 
Eyni zamanda hesabat dövründə Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları 1 milyard 811 milyon manat olub ki, bu da proqnoza nisbətən 10% və ya 157 milyon artım deməkdir. 

4 ayda DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətdə 13% və ya 267 milyon manat artaraq 2 milyard 271 milyon manat olub. 
 
Ötən il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərcləri Milli Məclisdə müzakirə olunaraq, gəlirlərinin 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata, xərclərinin də müvafiq olaraq 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata qaldırılması təklif edilib. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
 
Aygün








www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
anews.az

2Mənbələr