AZ

Unai Emeri: “Olimpiakos” finala çıxmağa layiq idi”

“Aston Villa”nın baş məşqçisi Unai Emeri komandasının Konfrans Liqasının yarımfinalındakı uğursuzluğuna aydınlıq gətirib.

Arena.az xatırladır ki, Birmingemdəki ilk oyunda “Olimpiakos”a 2:4 hesabı ilə gözlənilmədən məğlub olmuş “Aston Villa”, Pireydəki cavab oyununda da 0:2 hesabı ilə uduzaraq, Konfrans Liqası ilə vidalaşıb.

“Biz Avropa yarışlarına keçən mövsümün sonunda vəsiqə qazandıq, bu il isə bundan həzz aldıq, amma qalib gəlmək çox çətindir və biz inkişaf mərhələsindəyik. “Olimpiakos” finala çıxmağa layiq idi. İlk 90 dəqiqədə evdə uduzduq və kifayət qədər rəqabət apara bilmədik. Komanda birinci hissəyə yaxşı başladı, oyuna nəzarət etdi, amma futbolçular dəqiq olmadılar.

Bu, uzun müddət Avropa yarışlarından uzaq qaldıqdan sonra bizim üçün bir təcrübədir. Biz gələn il yenidən Avropada yarışmağa hazırlaşırıq. Əlbəttə, azacıq məyus olduq, amma biz sürətlə irəliləməliyik”, – BBC ispan mütəxəssisdən sitat gətirir.

Konfrans Liqasının finalına vəsiqə qazanmış “Olimpiakos” Yunanıstanın paytaxtı Afinanın “OPAL Arena” stadionunda “Fiorentina” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, “Olimpiakos” 1971-ci ildən bəri avrokubokların finalında çıxış edəcək ilk Yunanıstan klubudur. 1970/1971 mövsümündə “Panatinaikos” Çempionlar Kubokunun finalında Niderland nəhəngi “Ayaks”la qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
arena.az

1Mənbələr