AZ

Baş Prokurorluğun futbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə Fair-Play mükafatına layiq görülüb

Bakı, 10 may, AZƏRTAC

Baş Prokurorluğun futbol komandası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında II minifutbol turnirində final mərhələsinə yüksəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kollektiv nümunəvi davranış göstərdiyinə, dürüst oyun nümayiş etdirdiyinə və futbol etikası qaydalarına riayət edərək rəqib komandaların üzvlərinə hörmətlə yanaşdığına görə turnirin “Ən yaxşı Fair-Play” komandası seçilib.

Bu səbəbdən Baş Prokurorluğun futbol komandasına “Ən yaxşı Fair-Play” mükafatı təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla