“Apple” və “Samsung” arasında tərəfdaşlıqlar genişlənə bilər.

İndex.az xəbər verir ki, təfərrüatlar hələ də bəlli olmasa da, “iPhone Fold” üçün işlərə başlanıldığı bildirilib.

Buna uyğun olaraq, razılaşma çərçivəsində “Samsung”, “Apple”in qatlana bilən ekran texnologiyasını inkişaf etdirəcək.

“Apple” uzun müddətdir ki, “Samsung Galaxy Z Flip”ə bənzər şaquli qatlanan “iPhone” üzərində işləyir. Hətta bu modelin 2026-cı ilin sonunda buraxılacağı bildirilirdi. “Apple” tərəfindən alınan patentlər, “iPhone”dan “MacBook”a qədər müxtəlif qatlana bilən cihazlar üzərində işlədiyini də ortaya qoydu.

Lakin “Samsung” ilə razılaşma bəzi məsələlərdə çaşqınlıq yaradıb. Məsələn, “Apple” şirkətdən 20,3 düymlük qatlana bilən panel istədi. Bu smartfon üçün çox böyük olsa da, qatlana bilən “MacBook”u mümkün edə bilər. Unutmaq olmaz ki, şirkət eksperimental məhsullar hazırlayır.

2025-ci ildə iki ekranlı qatlanan “MacBook/iPad” hibridinin istehsalına başlayacaq “Apple”İn 20,3 düymlük modeli ilə satışa çıxarılacağı iddia edilir. Bildirilir ki, o, “iPhone” üçün 7,9 və 8,3 düymlük iki ekran üzərində işləyir.

Sızdırılan məlumatlara görə, qatlanan telefonlar sahəsində işlərini sürətləndirən “Apple”, yeni modelləri üçün ayrıca seriya yaradacaq. Planlarda heç bir pozulma olmazsa, “Apple”İn ilk qatlana bilən modeli 2025-ci ilin son günlərində satışa çıxacaq. Qatlana bilən “iPhone” 2026-cı ildə təqdim olunacaq.