AZ

500 itə baxan Sumqayıtlı HEYVANSEVƏR: "Maşınımın təkərlərinin boltlarını açmışdılar..." - MÜSAHİBƏ

Son günlər heyvanseverlərlə heyvansevməyənlər arasında kəskin mübarizə gedir. Layk, pul uğrunda gedən savaş onları hətta bir-birilərinə düşmən kəsib.

Bunlar bir yana, ortada qalan küçə heyvanlarının, it və pişikərin aqibəti isə bir az müəmmalıdır. O mənada ki, bu heyvansevərlərə qarşı biganəlik baş alıb gedir. Xırdalan, Masazır kimi yerlərdə isə ac küçə itlərinin əlindən uşaqlar və böyüklər əziyyət çəkir. Nəhayət ki, şikayətlər nəticə verdi. Xırdalan itlərinin yaxın günlərdə yuvası olacaq. Ötən günədək bir-birinə qarşı döyüşən insanlar görən günahı kimdə axtaracaq? Yenəmi, heyvansevərlər heyvanın ac-susuz olduğunu deyib, haqlı düşunəcək, heyvansevməyənlər insanları düşünüb heyvanlara qarşı aqressiv olacaq? Əslində heyvan sevib- sevməməyin insan sevgisinə təsiri yoxdur. Yəni heyvan sevən insan şübhəsiz ki, insanı da sevəcək. Amma, sığınacaq fəaliyyətə başlayandan sonra bu heyvanlara qarşı münasibəti dəyişəcəkmi?

Bax bu, mubahisəli mövzudur.

Referans.az-ın bu günkü müsahibi isə heyvansevər Ramin Namazovdur.

-Xoş gördük, Ramin bəy, necəsiz? Özünüzü tanıdardınız...

-Heyvansevər Ramin, Sumqayıtda yaşayıram. İkinci qrup əliləm. "Yaşma bağları"nda qurduğum sığınacaqda 80- ə yaxın şikəst it saxlayıram. Sığınacaqla evimin arasında 30 km yol var. Bütün günü yollardayam. Hazırda ətraf ərazilərdə də yemlədiyim, saxladığım itlər var. Ümumi sayları 500-dür.
Əvvəl itlərin sayı 700-ə yaxın idi. 100-nü güllələyiblər. Hazırda 14 güllələnmiş it var sığınacaqda, hamısı şikəstdi.
Evimdə 1 sot həyətin içində də itlərim var, 9 xəstə pişiyim var.

-Heyvanları bəsləməkçün gəlir yeriniz haradır?

-120 nəfərdən ibarət heyvansevər qrupumuz var. Heyvanlar əməliyyat olanda "TikTok"da canlı açıram, ordan maddi dəstək alıram. Başqa heç bir yerdən maliyyələşmirəm. Yemək olmayanda gedib zibilxanadan yemək yığıram. Başqa yerlərdə 50-60 qəpiyə satılan yemləri mən fabriklərdən ucuz 10-20 qəpiyə alıram. Toyuq ayağının koloqramını 40 qəpiyə alıram. "Otxod" kolbasalar olur, bunları pulsuz alıram. Bəzi adamlar arada yemləri ucuz almağıma vasitəçilik edir. 80 itə hansı ki, özüm baxıram onlar toyuq ayağı yeyirlər, bişmiş yemək verirəm.

-Hər gün heyvanlarçün nə qədər yemək xərciniz çıxır, yeməkləri kim bişirir?

-Hər gün 100 kq yemək bişir, 50 kq səhər, 50 kq axşam verirəm. Günə 40 manat 80 itin təkcə "rasxodudu". Yeməkləri bişirməyə heyvansevərlər var ki, gəlib günlə qalırlar, yeməkləri bişirirlər, kömək edirlər.

-Məşhurlardan kimlər sizə maddi dəstək verir?

-Müğənni Damla yemək gətirirdi itlərə. İndi gəlmir, yəqin gələcək. Başqa məşhurlardan, imkanlı şəxslərdən kimdənsə kömək yoxdur. Heyvan sevməyən insanlar mənim səhifəmi hər gün şikayət edirlər ki, blok olum. Mənə gözəl sözlər yazan ən çox ruslardır. Elə video olur ki, 5 milyon baxış olur.

-İtlərinizlə bağlı danışardınız...

-14 it var ki, güllələniblər, içərisində üzü xərçəng olan var, "invalid" itlərimiz var. Deyiləsi dərd deyil, bunu görmək lazımdır. Şikəst heyvanlardır, başına sığal çəkirsən, gözü axşamacan səni axtarır ki, görən bu haradadır? Kor itlər var, əzizləyirsən, o sənin iyindən bilir ki, gəlmisən, quyruğunu bulayır. Bir canlının həyatda qalması üçün mübarizə aparırsan, Allah mükafatını versin. Elə it olub zibil yeşiyinin içindən çıxarmışam, güllələnib, ölümə məhkum olub. Ötən gün Damla xanım bir it tapmışdı, Aeroport yolunda vurmuşdular. Tək onun xərci 4350 manat tutdu. 112 manat borclu qaldım, çıxdım. Ondan əvvəlki əməliyyatda da 100 manat borclu qaldım. Canlı açdım pul yığılsın, yığılmadı. İnsanın əməliyyatı nə qədər tutur, heyvanlarınkı da o qədər edir. Görürlər ki, alver xarakterli deyil həkimlər də mənə kömək edir, camaata edilən əməliyyatları mənə aşağı qiymətə edirlər.

-Möcüzələrə inanırsınız?

-Bəli, inanıram. 9 iti möcüzə sayəsində ayağa qaldırmışam. Bir itin boynu qırılmışdı, sümük yuxarı çıxmışdı. Həkimlər dedi yatızdırın. 8 ay "vanna" alıb onu hər gün çimizdirdim, qaçırtdım, o it ayağa durdu. Tibb aləmini şoka salmışam. Bu yaxınlarda boynundan 9 güllə yarası almış iti ayağa qaldırmışam. Alabay adında itimiz var, ağciyər ilə ürəyininin arasında güllə var. Düzgün müalicə onu da ayağa qaldırdı.

-Elədiyiniz yaxşılıqların bu dünyada əvəzin görmüsünüzmü?

-Bir gün rayona gedirdim, gördüm maşınımın təkərlərinin boltlarını açıblar, hər təkərdə cəmi bir dənəsi qalıb. Elə bil mənə kimsə dedi ki, qayıt arxaya. Qayıdıb maşını ustaya göstərmişəm ki, maşında taqqıltı var. Usta baxıb ki, hər təkərində maşının bir bolt qalıb, hamısın açıblar. Bir boltla maşın sürmək mümkün deyil. Allah məni möcüzə nəticəsində salamat saxladı...Məni əsəbiləşdirirlər, söyürlər ki, aqressiv cavab verim. Səhifəm "spama" düşsün. Mən bir iti himayəyə götürəndə onu sağaldanacan paylaşıram ki, insanlar görsün. Adamlar var ki, heyvanların üzərindən qumar oynayıb, pullar "yeyirlər". Ölmüş itin "rolikini" bir ay paylaşırlar. Əllərində kadrlar çəkib, baza kimi fırladırlar. Onlar məni sevmirlər. Hər kəsin maskası cırılır. Böyük oyunlar gedir, ona görə məni sevmirlər.


Dəstək üçün əlaqə: 055 608 57 47
Kapital Bank
4169 7387 77304993  












Şəlalə Babayeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
Mənbələr
Şərh ()
Bağla