AZ

ABŞ-nin hərbi gəmisi Çin sularına girdi, dənizdə gərginlik yarandı

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Halsey DDG-97” adlı raket daşıyan hərbi gəmi bu gün Çin hökumətinin icazəsi olmadan Cənub Çin dənizində yerləşən Xişa adaları sahillərinə daxil olub.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda məlumatı Çin ordusunun rəsmisi açıqlayıb. 


Çin gəminin ərazi sularından çıxarılması üçün ABŞ-nin hərbi gəmisinin komandanlığına xəbərdarlıq edib. Gəmi gərginlik artmadan sahil sularından uzaqlaşıb.
Rəsmi Pekin ABŞ-nin hərbi vasitələrinin, o cümlədən gəmilərin Çin ərazi suları yaxınlığında hərəkətini yaxından izlədiyini bəyan edib. 


ABŞ hərbi gəmisinin Çin sularına daxil olması iddiası ilə bağlı qarşı tərəfdən hər hansı açıqlama verilməyib. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla