AZ

Paytaxtda orta aylıq əməkhaqqı artıb

Sənayenin inkişafı haqqında

2024-cü ilin yanvar-mart aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  13,1 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 76,3 faizi mədənçıxarma, 20,6  faizi emal, 2,3  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 83,2 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  90,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,0 faiz təşkil  etmişdir.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 aprel  2024-cü il vəziyyətinə 521,8 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 43,2 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2024-cü ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 81,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,9 faizini əsaslı təmir, 5,1 faizini cari təmir, 5,8 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 88,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2024-cü ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi  2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 4,3 faiz artaraq 7834,2 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz azalaraq  4553,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 12,9 faiz artaraq  3281,1 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,8 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

İctimai  iaşə

2024-cü ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsinin həcmi  2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,4 faiz artaraq 317,6 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 187,0 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 58,9 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2024-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri  2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,0 faiz artaraq 1783,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 1562,9 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 87,6 faizini təşkil etmişdir.

Əməkhaqqı

2024-cü ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,6 faiz artaraq 1187,5 manat təşkil etmişdir.      

Bakı şəhər Statistika İdarəsi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
ikisahil.az

10Mənbələr