AZ

Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimi keçirilib

Mayın 10-da Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimində iştirak edib.

Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.

Qeyd edək ki, mərasimdə 100-ə yaxın ağac əkilib.

Ağacəkmə mərasimi çərçivəsində, həmçinin Elm və Təhsil Nazirliyinin 7 nəfər əməkdaşının Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsi dəstəklənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
8
Mənbələr
Şərh ()
Bağla