AZ

ADY Ümummilli Lider Heydər Əliyevin anadan olması münasibətilə qanvermə aksiyası təşkil edib -FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə inzibati binada qanvermə aksiyası təşkil edib.

ADY-dan “İki sahil"ə verilən məlumata görə, xoşməramlılıq dəyərimizdən yola çıxaraq Mərkəzi Qan Bankı ilə birgə keçirdiyimiz aksiyada ADY-nin müxtəlif xidmət sahələrindən onlarla əməkdaş fəal iştirak edib.

Qanvermə aksiyasının əsas məqsədi talassemiya və hemofiliya kimi qan azlığı xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq