AZ

Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub

Sumqayıt, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC

Çin Xalq Respublikasının Şaansi vilayətinin böyük nümayəndə heyəti Bakıda dördgünlük tanıtım tədbirlərində iştirak məqsədilə Azərbaycanda səfərdədir. Qonaqlar səfər çərçivəsində Sumqayıtda olublar. Vilayətin inzibati mərkəzi olan Sian şəhəri ilə Sumqayıtı 2019-cu ildən sıx dostluq telləri bağlayır.

AZƏRTAC xəbər verir ki, Sumqayıtdakı Heydər Əliyev Mərkəzində keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin tarixi və iqtisadi inkişafı ilə bağlı geniş məlumat verib.

Bildirilib ki, Sumqayıt ilə Çinin üç şəhəri - Sian, Mian və Çun arasında qardaşlıq əlaqələri mövcuddur. Koronavirus pandemiyasının Çində tüğyan etdiyi bir vaxtda Sumqayıtdan qardaş şəhərlərə 50 tondan artıq humanitar yardım göndərilib. Pandemiya Azərbaycanda yayılandan sonra isə həmin qardaş şəhərlər Sumqayıta yardımlar göstərib.

Diqqətə çatdırılıb ki, tarixi İpək yolu üzərində yerləşən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün dünyada Cənubi Qafqazın lider ölkəsi kimi tanınır. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. İki ölkə arasında münasibətlərin inkişafı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlayıb. Azərbaycan–Çin münasibətlərinin bugünkü səviyyəsi məhz Ümummilli Liderin siyasi müdrikliyinin nəticəsidir. 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev də Çinlə münasibətlərin inkişafına xüsusi diqqət yetirib.

Şaansi vilayətinin nümayəndə heyətinin rəhbəri Sun Daguang göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Görüşdə tərəfdaş şəhərlər arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olub, dənizkənarı bulvarda gəziblər. Həmçinin Bayraq muzeyi və Muğam Mərkəzi ilə tanışlıq olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla

Reytinq