Bakı, 10 may, AZƏRTAC
Naxçıvan şəhəri ərazisində yerləşən Bazar gölündə iki nəfər boğularaq ölüb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a məlumata verilib.
Qeyd olunub ki, göldə boğularaq ölənlər 2005-ci il təvəllüdlü Mehrəliyev Əli Şahin oğlu və 2006-cı il təvəllüdlü Zəkəriyayev Fəttah Eyvaz oğlu olub. Bununla əlaqədar faktı üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.