AZ

Bu vərdiş yetkinlikdə ciddi xəstəliklərə yol açır – ARAŞDIRMA

Böyük Britaniya və Finlandiya alimləri uşaqlıqda oturaq həyat tərzinin yetkinlik dövründə sağlamlıq problemlərinə səbəb ola biləcəyini müəyyən ediblər.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, onların sözlərinə görə, bu şəxs infarkt riskini artıran ürək hipertrofiyası ilə qarşılaşa bilər.

Tədqiqat iştirakçıları 90-cı illərdə doğulmuş 1682 nəfəri əhatə edib. Onların 11, 15 və 24 yaşlarında gündəlik hərəkətliliyi xüsusi akselerometrik cihazlar vasitəsilə izlənilib.

Məlum olub ki, insan oturaq vəziyyətdə nə qədər çox vaxt keçirirsə, ürəyinin çəkisi bir o qədər artır – normanın 40%-ə qədər. Xüsusilə, bu, sol mədəciyin bölgəsində müşahidə edildi.

Bununla belə, televizor və ya kompüter qarşısında oturmağın zərərini yüngül fiziki fəaliyyətlə – gəzinti, aktiv oyunlar, bağçılıqla neytrallaşdıra bilərsiniz. Düzgün vərdişlər ürək hipertrofiyası ehtimalını 49% azaldır.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla

Reytinq