AZ

Çörək bahalaşdı: Yeni qiymət budur

İstanbul Ticarət Palatasının (İTO) may ayı məclis toplantısında qəbul edilən qərarla İstanbulda 200 qram çörəyin maksimum qiyməti yüzdə 31,25 artımla 10 TL-yə qaldırılıb.

Tribunainfo.az Sondakika xəbər saytına istinadən bildirir ki, İTO-ya üzv çörəkbişirmə müəssisələrinin çörək qiymət tariflərinin müəyyən edilməsi üçün səsvermə keçirilib. İclasda alınan qərarla İstanbulda 200 qram çörəyin maksimum qiyməti yüzdə 31,25 artımla 10 lirəyə qaldırılıb.

Qeyd edək ki, sonuncu dəfə 2023-cü ilin dekabrında yenilənən tariflə 210 qram çörəyin maksimum qiyməti 8 TL olaraq təyin olunmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla