AZ

Bağlı qapılar arxasında İsrail müzakirəsi 

Almaniya İsrailə silah göndərilməsinin dayandırılmasıyla bağlı məsləhətləşmələr apardığını açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, ABŞ-da səfərdə olan müdafiə naziri Boris Pistorius Almaniyanın ictimai yayımı ZDF-də qatıldığı proqramda "ABŞ prezidenti Co Bayden Rəfahın işğalını yanlış hesab etdiyi üçün İsrailə sursat vermək istəmir. Almaniyadan bənzər addımlar olacaqmı?" sualına belə cavab verib: "Hazırda bununla bağlı məsləhətləşmələr aparılır. Hələlik buna cavab verə bilmərəm". 

Pistorius bu məsələdə məsuliyyətin ilk növbədə Almaniya kansleri və Xarici İşlər Nazirliyinin üzərinə düşdüyünü bildirib. Pistorius, "Əlbəttə, bağlı qapılar arxasında fikir mübadiləsi apardıq. Amma qərarları açıqlamaq mənim vəzifəm deyil" dedi. 

"Amerikalıların addımını başa düşürsən?" sualına Pistorius “Bəli, başa düşürəm” deyə cavab verib. 

Qeyd edək ki, ABŞ prezidenti Bayden CNN telekanalına müsahibəsində deyib ki, İsrail irimiqyaslı hücumla Rəfaha daxil olarsa, ona silah göndərməyi dayandıracaq. Bayden, “Əgər onlar Rəfaha daxil olsalar, o zaman Rəfah və digər şəhərlərdə istifadə olunan silahları göndərməyəcəyimi açıqlamışam” deyib. 

Şeyla Səmiyeva 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
yenisabah.az

1Mənbələr