AZ

"Bu, gələcək uğurlar üçün çox vacibdir" - Deputat

“Azərbaycanın Avropa ölkələri ilə əlaqələrini ildən-ilə möhkəmlənməsi iqtisadi inkişafımızla bərabər milli təhlükəsizliyimizin də təmin edilməsinə hesablanıb. Avropanın enerjiyə olan tələbatının ödənilməsində irəliyə atılan mühüm addımlar, əsaslı layihələrin imzalanması və uğurla həyata keçirilməsi dövlətimizə siyasi və iqtisadi uğurlar gətirir, onu dünyada sülhə, demokratiyaya, əməkdaşlığa töhfə verən bir ölkə kimi tanıtdırır. Strateji tərəfdaş kimi Azərbaycan-Bolqarıstan bu əməkdaşlığın əyani nümunəsidir. 2015-ci ildən davam edən tərəfdaşlıq bu gün özünün ən yüksək mərhələsindədir və Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri bunu bir daha sübut edir”. 

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.


 
“Səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında birgə Bəyannamənin, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə sənədlərin imzalanması, Bolqarıstana qaz ixracının artırılması barədə təkliflərin irəli sürülməsi dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə bir zəmanətdir. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirib ki, “keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. Müqayisə üçün deyə bilərəm ki, 2022 - ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir”. Göründüyü kimi, qaz ixracının həcmi kifayət qədərdir. İkitərəfli əməkdaşlığın dərinləşdirilməsinə, strateji tərəfdaşlıq səylərinin artırılmasına, yeni layihələr və müqavilələr üzərində düşünülməsinə imkan yaradır. Bütün səylər, dərinləşən əməkdaşlıq, əlbəttə ki, dövlətlərin inkişafına, xalqların birliyinə və xoşbəxtliyinə, hər iki dövlətin milli maraqlarının təmin olunmasına yönəldilib. Bu, gələcək uğurlar üçün çox vacibdir və dövlət rəhbərlərinin çıxışlarında səsləndirilən bəşəri ifadələr iki ölkə vətəndaşlarının arzularının ifadəsi, hər bir insanın istəyidir”, — deputat bildirib.

Tarix: 10 May 2024, 15:51   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla