AZ

Heydər Əliyev müasir gənclər siyasətinin banisidir

“Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir”.

Bu sözləri “Gənc Nəslin Maarifləndirilməsi” İctimai Birliyinin sədri Mikayıl Həsənli bildirib. O, həmçinin qeyd edib ki, cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır:

“Heydər Əliyev müasir gənclər siyasətinin banisidir. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən yeganə bir insan var idisə, o da Heydər Əliyev idi”.

Birlik sədri qeyd edib ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin  rəhbərliyi  altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün dəmir yumruğunu bir hədəfə vurmalıdır. Ümummilli liderimiz  Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyub. Gənclik olaraq biz azərbaycançılıq məfkürəsini davam və inkişaf etdirilməli, milli-mənəvi dəyərlərimizi qoruyaraq dövlətimizin milli, vahid ideologiyası olan azərbaycançılıq ideyaları ətrafında sıx birləşməyik. Əlbəttə ki, bu günün  vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz  gəncliyi bu ağır məsuliyyətin öhdəsindən inamla gəlməkdədir”.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
Mənbələr
Şərh ()
Bağla