AZ

Almatıda danışıqlar iki gün davam edəcək

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Almatıda danışıqlar iki gün davam edəcək.

Redaktor.az "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan və Qazaxıstan Xarici İşlər nazirliklərinin rəhbərləri ilə üçtərəfli görüşdə deyib.
O, danışıqların Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması üçün çox faydalı olacağına əminliyini ifadə edib.

"Əminəm ki, Almatıda danışıqlar çox faydalı olacaq və biz qarşıdakı iki gün ərzində mövcud açıq məsələlərin həlli yollarını tapmaq üçün məhsuldar işləyə biləcəyik", - Bayramov bildirib.

O, həmçinin qeyd edib ki, son danışıqların mühüm elementi Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinin başlanğıcını qoyan protokolun imzalanmasıdır. Onun sözlərinə görə, Bakıda bu prosesə xüsusi diqqət yetirirlər.
Bayramov əlavə edib ki, hazırda birgə səylərlə müvafiq ərazilər təmizlənib, coğrafi koordinatlar dəqiqləşdirilib. Bu ərazidə sərhəd dirəklərinin quraşdırılması demək olar ki, yekunlaşıb.

Mayın 10-da Qazaxıstan XİN rəhbəri Murat Nurtleunun iştirakı ilə Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Görüşdən sonra onlar mətbuata açıqlama verəcəklər.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
4
redaktor.az

9Mənbələr