AZ

Bakıda fəaliyyət göstərən taksilərin sayı nə qədər azalacaq? – Ekspert rəqəmləri açıqlayır

“Azərbaycanda, o cümlədən  Bakıda taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sayı çoxdur”. 

Bu sözləri Valyuta.az-a nəqliyyat  məsələləri  üzrə ekspert Yasin Mustafa Azərbaycanda taksilərin sayına qoyulacaq  məhdudiyyət haqqında danışarkən deyib. 

Yasin Mustafa deyib ki,  dünya standartına baxsaq görərik  ki, iri şəhərlərdə hər 1000-2000 nəfər arasına bir taksi düşür:

“Yəni 2 milyon əhalisi olan şəhərlərdə normal halda 1500-2000 taksi olmalıdırsa, Bakıda təxminən 4 milyon əhaliyə 60 mindən çox taksi xidmət göstərir.  Lakin bu rəqəmlər 8000 ədəd civarında olmalıdır, bu isə 8 dəfə çox deməkdir. Belə olan halda həm sıxlıq çoxalır, həm nəzarət çətinləşir, eyni zamanda yollarda sıxlıq zamanı artıq yüklənmələr olur”. 

Ekspertin sözlərinə görə, Yerüstü Nəqliyyat Agentliyinin hazırda taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinə qanunla qoyduğu tələblər taksilərin sayını məhdudlaşdıraraq, yarıya qədər azaldacaq:

“Çünki istehsal ili 8 ildən çox olan, “Avro-5” standartına uyğun olmayan, isitmə və soyutma sistemi olmayan və digər daxili və zahiri tələblərərə cavab verməyən nəqliyyat vasitələri taksi kimi fəaliyyət göstərməyəcək. Ona görə də bu taksilərin yarıdan çoxu, hətta üçdə ikisi azalacaq”. 

Yasin Mustafa qeyd edib ki,  taksilərin sayı azaldıqca qiymət artımına gətirib çıxaracaq:

“Xəttən çıxarılan avtomobillərin yerinə isə yeni nəqliyat vasitələri gətirmək böyük vəsait tələb edir. Ona görə də bu sahədə ciddi azalma baş verəcək.  Tələbə uyğun təklif az olduğuna görə bu sahədə defisit yaranacaq ki, bu da qiymətlərə təsir edəcək”. 

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq