AZ

Rafahı 100 min fələstinli tərk edib - UNICEF

Son günlər İsrailin genişmiqyaslı hərbi əməliyyatının başlanmasından ehtiyat edərək, Rafah şəhərini tərk edən yüz mindən çox insan var.

Yenisabah.az xəbər verir ki, bunu UNICEF-in Qəzzadakı koordinatoru Hamiş Yanq bildirib.

İsrail hərbçiləri də fələstinliləri Rafahın bütün ərazilərini tərk etməyə çağırır. Hazırda hədəfli əməliyyatlar şəhərin yalnız şərq hissəsində aparılır.

ABŞ və beynəlxalq ictimaiyyəti narazı salmamaq üçün İsrail Rafahda vahid genişmiqyaslı əməliyyat keçirmək fikrindən əl çəkib. Əvəzində hərbçilər şəhərin müxtəlif ərazilərində bir neçə ayrı, daha kiçik əməliyyatlar planlaşdırır.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla