Ketrin Rassel azı 80 min insanın Rəfahı tərk etdiyini, lakin onların getdiyi bölgələrin təhlükəsiz olmadığını xatırladıb.
NOCOMMENT.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, UNICEF-in icraçı direktoru Yaxın Şərqdəki vəziyyətə dair açıqlama verib.
O bildirib ki, sərhəd açılmasa, insanların ərazidən hərəkətinin acı nəticəsi tezliklə hiss ediləcək.
Rassel Rəfahdakı uşaqların artıq bir neçə dəfə məcburi köçülürdüyünü, bunun da insan haqlarına zidd olduğunu vurğulayıb.