AZ

Ermənistan və İspaniya arasında imzalanan MEMORANDUM

İspaniya Krallığına işgüzar səfəri çərçivəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bu ölkənin təhsil, peşə hazırlığı və idman naziri Pilar Aleqria ilə görüşüb.

 

Viral.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

 

“Görüş zamanı Ermənistan və İspaniya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Andreasyan bildirib ki, Ermənistanda xarici dillərdə tədrisə böyük yer verilir. Təhsil müəssisələrinin idarə edilməsi məsələləri, tələbələrin təlim keyfiyyətinin yüksəldilməsinə və tələbələrin təhsilə həvəsinin artırılmasına təsir edən amillər müzakirə edilib. Peşə təhsili və ispan dilinin öyrənilməsi ilə bağlı məsələlər də müzakirə olunub”, – məlumatda deyilir.

 

Janna Andreasyan və Pilar Aleqria idman sahəsində Əməkdaşlıq Memorandumu imzalayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
Mənbələr
Şərh ()
Bağla