AZ

“Köçəryanı həyatımda cəmi bir dəfə görmüşəm” - Qalstanyan

“Belə bir məsələ yoxdur, insanlar bu mifi yaradıblar”.

Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni apostol kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan Robert Köçəryanın baş nazirliyə namizəd ola biləcəyi haqda sualları cavablandırarkən deyib.

O, həyatında Köçəryanı cəmi bir dəfə gördüyünü bildirib.

“Mən ikinci prezidentlə həyatımda bir dəfə - 2001-ci ildə Sevan yarımadasında görüşmüşəm. Mən onu cəmi 5 dəqiqə gördüm. Əgər kimləsə görüşüm olsa, heç nəyi gizlətməyəcəyəm” – deyə Qalstanyan bildirib.

Vasif
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
bakupost.az

1Mənbələr