AZ

CİNAYƏTKARLIQ TARİXƏN DƏYİŞƏN SOSİAL-HÜQUQİ HADİSƏDİR

 "Hansı cəmiyyətdə sosial həmrəylik güclüdürsə, orada cinayətlər də  azdır". 

Alfred Dürkheym-alman militarizmi əleyhinə olan Fransa sosioloqu(1858-1917)

Cinayətkarlıqla mübarizə  cinayətkarlığa, onu doğuran səbəb və şəraitə təsir edə biləcək çox aspektli mürəkkəb  fəaliyyət istiqamətlərindəndir.

Cinayətkar davranış modeli cinayətlərlə bağlı motivasyanın formalaşdırılmasını, düşüncələrdə cinayətin törədilməsinə səmtlənən qərarların qəbulunu və  onun həyata keçirilməsi-icrasını realizə etməkdən ibarət olur. Motivasiya isə öz növbəsində cinayətlərin törədilməsi prosesinin meydana gəlməsini, cinayətkar davranış motivinin formalaşdırılmasını və davranışın məqsədini özündə ehtiva edir. Davranış motivi daxili inamın, istək və arzunun,daxili tələbat və ehtiyacın, özəl marağın, hisslərin, bir az da konkretləşdirsəm xarici mühitin təsiri altında konkret situasiyanın əmələ gəlməsidir.

 Bəzi alimlər  ictimai həmrəyliyin zəif olduğu ölkələrdə cinayətlərin də çox olduğunu önə çəkirlər.İnsan sosial varlıq,cinayətlər sosial hadisə, cinayətləri doğuran səbəb və şərait sosial səbəblər,əməlin təhlükəlilik dərəcəsinə görə tətbiq edilən cəzanın məqsədi isə sosial ədaləti bərpa etməkdən ibarət olduğuna görə sosial hadisələrin tədqiq edilməsi önəm kəsb edir.

Bəzi elmi mülahizələrə görə İctimai həmrəylik zəiflədikcə fərdlər arasında əlaqə də zəifləməyə başlayır.

Tarixən fərdlərin bir birinə ehtiyacı yaranıb. Orqanizm üzvlərinin bir-biri ilə sıx bağlılığı olduğu kimi,hər kəsin başqasından müəyyən mənada asılılığı tarixi bir zərurətə çevrilir.Mövcud asılılıq və digər səbəblər müəyyən qrupu qəsdən cinayət törətməkdə birgə iştiraka vadar edir.Sosial problemlər artdıqca cinayətkarlığın budaqlarında ictimai münasibətlərə zidd hərəkət və hərəkətsizliklərin baş verməsi qanuniləşir,cəmiyyət üçün arzuolunmaz müəyyən ictimai təhlükəli əməlin baş verməsinə sosioloji zəmin yaranır. Cinayətlərin törədilməsi barədə qərara gəlmə mümkün zamandan istifadə etməklə şəxsi maraqların icraya yönəlməsi aktuallaşır.Cinayət məcəlləsi ilə cəza təhdidi altında təqib olunacağını bilə-bilə ictimai münasibətlərə zidd əməlinin baş verməsin arzulayır.Burada şəxsin hüquqa zidd məqsədinin həyata keçirilməsi müəyyən vasitələrin və digər mümkün şəraitin seçimi ilə sıx bağlı olur.

hebs

  Cinayətlərə meyilli sübyektlərin ictimai münasibətlərə zidd hərəkət və hərəkətsizliklərin törədilməsinə yönələn qərarın qəbul edilməsində israrlı olmasından sonra niyyətin icrası-qəsdən törədilməsi mərhələsi başlayır,ictimai təhlükəli əməl qətiləşir. Cinayət törədildikdən sonra sübyekt baş verənləri və cinayət yolu ilə əldə etdiklərini təhlil edir , cinayətin izlərinin gizlədilməsi ilə məşğul olur , onun ifşa oluna biləcək imkanlarını qapamağa və cinayət məsuliyyətindən yayınmaq üçün yollar axtarmağa çalışır.Dövlətə mənsub,onunla siyasi və hüquqi bağlılığı olan  belə vətəndaşlara aşkar və yaxud qeyri-aşkar şəraitdə ictimai təhlükəli əməlləri törədən”təcrübəli kontingentlər” adlandırmaq olar.

Amma,Daxili İşlər Orqanlarının bu sahədə hamıya görk olacaq,barmaq silkələyəcək prinsipallılıq və peşəkarlığı nəticəsində təqqsirlərini etiraf edən belə şəxslər məsuliyyətə cəlb olunurlar.Müqayisəli rəqəmlərə diqqət edək: 2023-cü il ərzində qeydiyyata alınan 36.811 cinayətlərin 15.253-ü (41,4%-i) iqtisadi sahədə , 14.716-ı (40%-i) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə , 5.302-i (14,4%-i) şəxsiyyət əleyhinə olan ictimai təhlükəli əməllər olsa da , təqsirkarların məsuliyyətindən yayına bilməsinə imkan verilməmiş , qeyri-aşkar (ictimaiyyətə bəlli olmayan tərz və şərait) şəraitdə baş verən cinayətlərin 85%-nin , ağır və xüsusilə ağır cinayətlərin 90%-nin açılması təmin edilmişdir. Şəxsiyyət əleyhinə olan cinayətlərin (5.301 fakt) də 99%-i (98,4%-i) təxirə salınmaz əməliyyat axtarış tədbirləri nəticəsində açılmışdır. Qəsdən adam öldürülmələrin 96,1%-i , adam öldürməyə cəhdlərin 97,4%-i, sağlamlığa qəsdən ağır zərərvurmaların 98,9%-i , quldurluqların 98%-i , soyğunçuların 98,1%-i , artımla davam edən dələduzluqların 92,1%-nin də açılması polis orqanlarının peşəkarlığı ilə davam edən qətiyyətli istintaq , əməliyyat-axtarış tədbirlərinin zərgər incəliyi ilə təşkilindən və verilən tapşırıqların dəqiqliyindən asılı olmuşdur. Kollektiv sübyektlərin (mütəşəkkil cinayətkar fəaliyyətin,dəstələrin,birliklərin və qrupların) qarşılıqlı əlaqədə oduğu sistemli fəaliyyət nəticəsində planlaşdırılmış niyyətlərinin də qarşısı alınmışdır. Ötən il ərzində ağır və xüsusilə ağır cinayətlər törətmiş 254 kriminal qrup polisin daxil olmuş məlumatlara çevik reaksiyası nəticəsində zərərsizləşdirilmişdir. Təhlükəsizliyimizin keşiyində ayıq-sayıq dayanan  polis orqanları tərəfindən 247 şəxs - qanunsuz odlu silah saxlayanlar və daşıyanların da ittihamı təsdiq edilmiş, məhkəmə məsuliyyətinə cəlb edilmişlər.

  Bu mənada cinayətkarlıq tarixən dəyişən , sosial və cinayət-hüquqi hadisə olaraq  özündə müəyyən ərazidə və məkanda cinayətlərin dinamikasını əks etdirir.Zənnimcə cəmiyyət də hər şeydən özünü kənara çəkməməli,Konstitusion vəzifələrindən “azad”etməməlidir.Sosial və ictimai təhlükəsizliyin,habelə əhalinin rifah halının yaxşılaşdırılması həm də,ictimai həmrəyliyə nail olmaqdan keçir.

  Cinayətkarlığa qarşı mübarizənin təşkili və onun ictimai təhlükəsizlik dərəcəsi , miqyası , konkret şəraitdə,yerdə və vaxtda baş verməsi onun vəziyyətini , tendensiyasını ,  habelə cinayətkarliqla mübarizənin istiqamətlərini müəyyən etməyə imkan verir .

  Cinayətkarlığı doğuran səbəb və şəraiti  tədqiq edib onun aradan qaldırılması (onun sosial iş-istiqamətləri , sosial-qruplar , sosial-ərazi və sosial-sahəvi) konkret xəbərdarlıq tədbirlərinin hazırlayıb həyata keçirilməsi məqsədini daşıyır. Bu,cinayətkarlığın sosial xarakteristikasını ehtiva edir.

  Cinayətkarlığın daxili , özünə xas cəhətləri isə hüquq mühafizə orqanlarının cinayətkarlığa qarşı təkmil , birgə mübarizənin gücləndirilməsində ifadə  olunur.

  Hüquq  mühafizə orqanlarının 2023-cu il ərzində cinayətkarlığa qarşı həyata keçirdikləri birgə mübarizə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasına da təsir etmişdir.  Ötən il ərzində keçmiş illərdən bağlı qalmış 426 cinayət və 3.324 cinayət isə “isti izlərlə” açılmış , sübyektlərin şəxsiyyəti barədə əldə edilən məlumatlar nəticəsində təqsirli bilinənlər zərərsizləşdirilmişlər. 2022-ci il ilə müqayisədə 2023-cü ildə beynəlxalq axtarışa verilən 108 nəfərdən 53-nün yeri müəyyən eilmişdir.

  Qeyri-Leqal dövriyyədən 4 ton 464 kg narkotik vasitələr çıxarılmışdır. (2022-ci il ilə müqayisədə 1 ton 46 kg çoxdur). 268 ton 881 kg narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.

   Cinayətkarlığın sosial konteksdə öyrənilməsi də mühüm əhəmiyyət kəsb edir. Regionda ( hər hansı bir ərazidə) baş verən cinayətlərin sosial cəhətləri diqqət çəkir. Əhali və əhalinin tipi , yaşı , milliyyəti , hansı dinə mənsub olması , ailə vəziyyəti , əhalinin sayına görə vəziyyəti ön planda durur. Cinayətkarlığın sosial-iqtisadi, sosial-siyasi və sosial-mədəni cəhətlərinin də təhlil edilərək öyrənilir.

   Cinayətlərin baş verməsinə təsir edən əsas və ümumi səbəblərdən biri  sosial faktorlardır. Əhalinin formalaşdığı sosial mühit və həmin mühitdəki həyat tərzi , habelə ictimai münasibətlərin inkişafında rolu , müvafiq sosial şəraitdə onun maddi və mənəvi cəhətlərinə qayğı ilə,diqqətlə yanaşılır.

  Sosial  dövlət  mühiti də burada  rol oynayır. Ötən  il  əhalinin  hər 100 min nəfərinə düşən cinayətlərin sayı 360 fakt təşkil edib.  Avropa ölkələri ilə müqayisədə  Azərbaycanın  vəziyyəti  müqayisə olunmazdır.                      Almaniya , Fransa və digər avropa ölkələrində 100 min nəfərə düşən cinayətlərin sayı  təxminən 2000-4000 minə qədər olduğu halda  Azərbaycanda bu rəqəm360 faktdır. Bu , Azərbaycan dövlətinin xüsusi bir siyasi və idarəçilik fenomeni kimi  tarixi inkişafından , onun iqtisadi , siyasi, hətta  geosiyasi vəziyyətindən irəli gəlir.

  Göründüyü kimi cinayətkarlıqla mübarizə peşəkarlıq və prinsipallıqla davam edir. Cinayətlərin bəzi növlərində artım müşahidə edilsə də,vəziyyətin dəyişilməsi müəyyən qrupun, ayrı-ayrı vətəndaşların deformasiyaya uğrayan davranışlarından və cinayətkarlığın sosiologiyasından da asılı olur. Amma cinayət varsa ,  mübarizə və cəza da var. Bütün hallarda cinayətkarlığın hüdudları qanunla müəyyənləşdiyindən, onunla mübarizənin aspektləri də qanunla təşkil edilir.

  Belə yanaşma hüquqpozmalarin digər növlərinin sosial neqativ hərəkətlərinə qarşı müşahidə edilmir. Təkrar qeyd etmək yerinə düşəndi ki, cinayətlər sosial hadisə ,  onu törədən sübyektlər sosial varlıq , cinayətkarlığı doğuran səbəblər sosial faktorlu və sonda təqsirkarləndirilən sübyektlərə qarşı tətbiq edilən cəzanın əsas məqsədi sosial ədalətin bərpasından ibarət olduğundan iqtisadi ,  sosial və siyasi cəhətdən inkişaf etmiş demokratik dövlətlərdə  cəmiyyətin hüquqi vəziyyətinə xas yeni cinayətlər baş verir və yeni cinayətkarlar olur,olacaq.

  Bu mənada , istənilən cəmiyyətlərdə hətta ekstremal şəraitlərdə , təbiət hadisələr , texnogen və sosial faktorlarla bağlı mürəkkəb məcmuya malik cinayətlər qeydə alınır. Ona görə də,cəmiyyətin hər bir üzvü daha çox vətəndaş cəmiyyəti fəaliyyət istiqamətlərinə uyğun cinayətlərin fərdi xəbərdarlığına ,  proflikatikasına səy göstərməli, ekstravaqant davranışlar və insanların əhəmiyyət kəsb edən fərdi xarakteri diqqət çəkməli,cinayətlərin baş verməsinə imkan verəcək davranışlara qarşı birgə səylər formalaşmalıdır.

Cari  ilin I rübündə də cinayətkarlıqla mübarizə-ictimai təhlükəsizliyin təmini , ictimai qaydanın,vətəndaşların hüquq və azadlıqlarının qorunması məqsədyönlü şəkildə davam etdirilib.Hesabat dövründə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 8.930 cinayətin 85 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa  ağır  zərər  vurmalar,  mülkiyyət  əleyhinə , o  cümlədən oğurluqlar, soyğunçuluqlar, quldurluqlar,  informasiya  texnologiyalarından istifadə  edilməklə  törədilən ,  habelə  qrup  halında  və  ailə  münaqişəsi zəminində  baş  verən,  əvvəllər  məhkum  olunmuşlar  və  yetkinlik  yaşına çatmayanlar  tərəfindən  törədilən  hüquqazidd  əməllər  2023-cü  ilin  3  ayı  ilə  müqayisədə  azalıb.

Qeyri-aşkar  şəraitdə  baş  verən  cinayətlərin, şəxsiyyət  əleyhinə olan cinayətlərin açılması  yaxşılaşıb.

 Qeyri-leqal  dövriyyədən  1  ton  329 kiloqram  narkotik  vasitə  çıxarılıb  və  bu  cinayətlərə  görə  1.572  nəfər məsuliyyətə  cəlb  edilib.  Yol-nəqliyyat  hadisələrinin  sayında  12,2  faiz, qəzalarda  həlak  olanların  sayında  14  nəfər,  xəsarət  alanların  sayında 39  nəfər  azalma qeydə  alınıb.

Vətəndaşların  müraciətlərinə baxılmasının  nəticələri əhali tərəfindən məmnunluqla qarşılanır.İstintaq prosesində cinayət  yolu  ilə  şəxslərə  vurulmuş  77.668.996 manat  maddi   ziyanın  80  faizi   ödənilmişdir ..

Bu sahədə bütün polis orqanlarının şəxsi heyytinə uğurlar arzulayırıq!

Şəmsəddin Əliyev,

ehtiyatda olan polis polkovniki,

hüquqşünas

 

Şəmsəddin Əlyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
1
Mənbələr
Şərh ()
Bağla