AZ

“Mifik Ermənistandan real Ermənistana keçid başlayıb” – Ramiz Yunus

“Eməni Apostol Kilsəsi (Eçmiədzin), Daşnaktyutsun Partiyası, ABŞ və Fransadakı erməni lobbisi, ənənəvi olaraq sponsorları olduqları rusiyapərəst müxalifətlə birgə bütün maskalarını soyunaraq Baş nazir Nikol Paşinyan hökumətinə qarşı hücuma keçiblər”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-da yaşayan azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus bildirib.

“Erməni kilsəsinin bu qarşıdurmada rəsmi iştirakını nəzərə alsaq, qeyd etməliyik ki, bu gün Ermənistanda “mifik Ermənistandan” real Ermənistana keçid dramının sonuncu hissəsi başlayıb. Burada Nikol Paşinyanın timsalında Azərbaycan və Türkiyə ilə ilə sülhə can atan “sülh partiyası” buna qarşı çıxanlarla - yuxarıda göstərdiyimiz opponentlərlə qarşıdurmadadır”, - o, əlavə edib.

R.Yunus bildirir ki,  Azərbaycanla Ermənistan arasında sülh prosesi, ümumlikdə Cənubi Qafqaz üçün "stavkalar" yüksəkdir: “Ermənistan cəmiyyətinə, xüsusilə də istebleşmentinə öz xalqının və ölkəsinin son yüz illik tarixini yada salmaq lazımdır. Ondan ötrü ki, keçmiş səhvlər təkrarlanmasın. Rus tarixçisi Vasili Klyuçevskinin dediyi kimi: "Tarix heç nə öyrətmir, ancaq dərs ala bilmədiyinə görə cəzalandırır".

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla