AZ

"Neftçid"ən göndəriləcəyini eşitdi, menecerlərə xəbər etdi

Ötən ilin dekabrında «Neftçi»yə təyinat alan Miodraq Bojoviç özünə yeni iş yeri axtarmağa başlayıb.

«Ağ-qaralar»ın baş məşqçi postunda Adrian Mutunu əvəzləmiş monteneqrolu tanış menecerlərlə əlaqə saxlayıb.

Balkanlı mütəxəssis Azərbaycanda keçirdiyi günlərin sona çatmaq üzrə olduğunu bildirib.

56 yaşlı çalışdırıcı deyib ki, klubdan müxtəlif səviyyələrdə mesajlar alıb. Rəhbərlikdən ona eşitdiriblər ki, dekabrda onunla izalanmış müqavilənin ikinci mövsümə aid hissəsinin qüvvəyə minməsini gözləməsin.

Azərbaycanda mövsümün bitməsinə sayılı günlər qalıb. Paytaxt təmsilçisinin cari «futbol ili»ni titulsuz başa vuracağı nə vaxtdır bəllidir.

Kollektiv ölkə kuboku ilə yarımfinal mərhələsində vidalaşıb. Hər iki oyunda «Qarabağ»a böyük hesabla uduzublar - 1:4 və 0:5.

Premyer Liqada da vəziyyət yaxşı deyil - 33 tura 50 xal toplayıblar və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıblar.

Klub rəhbərliyi Bojoviçlə şərti şumda kəsib: həm titul əldə edəcəksən, həm də yaxşı oyunla sərgilədəcəksən.

Təəssüf, heç biri yoxdur.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
1
Mənbələr
Şərh ()
Bağla