AZ

Putinlə Paşinyanın budəfəki görüşü nə boşanma idi, nədəki barışma...

Son aylar ərzində iki ölkə arasında yaşanan məlum gərginliklərdən sonra baş tutan bu həlledici görüşdə əldə edilən razılaşmalar onları həm uzaqlaşdırdı, həm də yaxınlaşdırdı.

Bunu nonsens hesab etmək mümkündür.

Bu görüşdə Ermənistanla Rusiya arasında yeni münasibətlər sistemi formalaşdırıldı ki, bu da MDB məkanı üçün istisna hallardan biridir.

Beləliklə, Ermənistan bundan sonra da Karud kimi (hekayə qəhrəmanı) hələ uzun müddət eyni vaxtda iki stulda əyləşmək taktikası ilə hərəkət etməyə davam edəcək.

Bu aqibət Ermənistanın və Paşinyanın geosiyasi alın yazısıdır. Çünki Ermənistan Rusiyanın layihəsidir və iş elə gətirib ki, bu ölkənin iqtisadi "şah damarı" Rusiyanın əlindədir.

Ona görə də Paşinyan yaranmış vəziyyətlə, reallıqla barışmaq məcburiyyətindədir.

Ən maraqlısı da budur ki, Putin də Ermənistanın şıltaqlıqlarıyla, provokativ davranışları ilə barışmaq zorundadır.

Beləliklə, nə Rusiya Ermənistanı cəzalandıra bilir, nədəki Paşinyan MDB-nin, KTMT-nin və AİB-in (Avrasiya İqtisadi Birliyinin) qapılarını Putinin üzünə çırpıb, birdəfəlik Qərbə üz tutmağı bacarır.

Və tərəflər arasındakı bu cür qəribə münasibətlər hələ bir müddət də davam edəcək. Ən azından Ukrayna cəbhəsində potensial dönüş yaranana qədər.

Bəybala Mirzəyev

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
Mənbələr
Şərh ()
Bağla