AZ

10 may – Ümumdünya Psixoloqlar Günüdür

10 May tarixi bütün dünyada Psixoloqlar Günü kimi qeyd olunur. 

 

Aztibb.az xəbər verir ki, psixologiya “psixika haqqında elm”deməkdir. Psixologiya elminin predmeti mürəkkəb və çox cəhətlidir.  Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanuna uyğunluqları və mexanizmləri haqqında elmdir.

 

Azərbaycanda psixologiya termini XIX əsrin sonu – XX əsrin əvvəllərində rus psixoloqları vasitəsilə işlənməyə başlanmışdır.


Hazırda psixologiya elmi böyük inkişaf mərhələsi keçir. Həmçinin, Azərbaycanda bu elmin inkişafına böyük imkanlar açılıb. Ölkəmizdə bu istiqamətdə m
üxtəlif mərkəzlər, klinikalarda psixoloqlar fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla