AZ

Heydər Əliyevin anadan olmasının 101 ili  Mingəçevirdə coşqulu ilə qeyd edildi - FOTO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 ili  Mingəçevirdə coşqulu İdman Festifalı ilə qeyd olundu.

 Azmedia.Az-ın məlumatına görə bayram tədbiri Yaşar Məmmədzadə adına şəhər mərkəzi stadionunda keçirilib.Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,  Yeni Azərbaycan Partiyası şəhər təşkilatının, hüquq mühafizə orqanlarının,  Mingəçevir Təhsil Sektorunun, Gənclər və İdman İdarəsinin, Azərbaycan İstilik Elektrik Stansiyasının  rəhbərləri, şəhər  Mədəniyyət Nümayəndəliyinin, universitet və kollec təmsilçiləri, eləcə də çoxsayda dəvətli qonaqlar iştirak edib.

İştirakçılar Ulu Öndər Heydər Əliyevin 101 illik doğum gününə həsr olunmuş sərgiylə tanış olub, şahmat və dama yarışlarını izləyib, voleybol, basketbol oyunlarına və kitab sərgisinə tamaşa edib. Tədbir ərzində həmçinin dahi şəxsiyyət Heydər Əliyev ənənələrindən və bu şərəfli irsin layiqli daşıyıcısı olan prezident İlham Əliyevin vətənpərvər xidmətlərindən söhbət açılıblar.

Bayram Festivalının sonunda 101 illik xatirə marafonu, şahmat, dama, voleybol və baydarka yarışlarının qaliblərinin adları açıqlanıb. İcra Hakimiyyəti başçısı, Təhsil Sektorunun, Şahmat Məktəbinin, Gənclər və İdman İdarəsi, eləcə də Yeni Azərbaycan Partiyası şəhər təşkilatı rəhbərləri qalib və mükafatçılara medal və xatirə hədiyyələri təqdim edib.

 

Ehtiram Muradov

Azmedia.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla