AZ

Ona “siyasət dühası” deyilir-Şəbnəm Həsənova- ÖZƏL

"Birinci-vitse prezident Mehriban Əliyeva: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam"- çox sadə, adi bir kəlmədir. Lakin sonsuz qədər doğma torpağına bağlı olan, Vətən yolunda ömrünü və canını qurban verən və bu yolda bir an da olsun belə əyilməyən İnsanın dilindən, Böyük Şəxsiyyətin dilindən çıxmış bu kəlmə artıq tarixə yazılıb. Mənim arzum odur ki, hər bir azərbaycanlı ürəyində məhz bu kəlməni söyləsin: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!""

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Liderlik fenomeni illərdir insanların beynini məşğul edir və bu gün də çox aktual bir mövzu olaraq qalır. Dövlətlərin uğur və uğursuzluğu analiz edilərkən müasir mürəkkəb və qloballaşan dünyada liderlik fenomeninə yenidən diqqət yetirməyin zərurəti meydana çıxır. Çünki məlum olur ki, ərazi, əhali, coğrafi mövqe, resurslar və bu kimi ölçü və meyarlar deyil, ölkənin rəhbərliyində hansı xarakterə və səriştəyə malik insanın dayanması arasında birbaşa əlaqə mövcuddur. Hələ üstəlik nəzərə alsaq ki, bu ölkə kifayət qədər mürəkkəb coğrafi məkanda yerləşməklə maraqların toqquşmasının, ziddiyyətlərin dərinləşməsinin məhsulu olaraq əsrlər boyu işğala məruz qalıb, haqqı tapdalanıb, xalqı çoxsaylı sınaqlara çəkilib, dövlət institutu isə bilərəkdən sual altına salınıb. Zaman məfhumundan geriyə boylanıb tarixi prosesləri analiz edərkən məhz belə bir vaxtda yaradanın Heydər Əliyevi xalqımıza bəxş etməsi heç bir şey kimi təsadüf olmayıb. Bu dahi insanın isə zamanı qabaqlamağı bacarması bugünkü müstəqil Azərbaycanın onun əsəri olması ilə sübut olunur. Siyasət həm də zəka sahəsində ən son tapıntıları diqqətlə araşdırarkən, bu dahi insanın zəkası nəinki Azərbaycanın inkişaf tarixini, hətta ən çətin şəraitdə belə onun gələcək meyillərini də zamanında müəyyənləşdirib. Məhz o da təsadüf deyil ki, Ona siyasət dühası deyilir. Biz Heydər Əliyevin dahi və düha zəkasının nəticəsi olaraq bütün dünyada fəxrlə, alın açıqlığı ilə "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!" deyə bilirik. 
    Konkret dövlətin, onun siyasəti və liderinin davranış xüsusiyyətləri haqqında məlumatlılıq dərəcəsi ölkənin beynəlxalq aləmdəki gücünün birmənalı əksidir. Heydər Əliyev Azərbaycanın iqtisadiyyat, siyasət, eləcə də xalqımızın sosial, ictimai həyatda sadəcə regional deyil, qlobal kontekstdə bugünkü yerini müəyyənləşdirməyi bacarıb, imzasını imzalar arasına salmağa müvəffəq olub. Müasir dövrdə elm və texnologiya, informasiya mübadiləsinin əlçatanlığı cəmiyyətləri getdikcə daha da yaxınlaşdırdıqca və dünyanın ən nüfuzlu ölkələrinin, beynəlxalq təşkilatlarının, transmilli korporasiyalarının təsir etdiyi dövlətlərin xarici siyasət kursları analiz edilərkən Azərbaycanın tarixindən yan keçilməməsi qəti qeyd-şərtini məhz layiqincə xalqı tərəfindən Ümummilli Lider adı verilən Heydər Əliyev bacarıb. İmzamızı imzalar arasına daxil edib bu dahi insan! Vətənə, doğma torpağa sevgi hissini, onu gözü kimi sevməyi aşılayıb bu dahi insan! Ona görə ki, "Şuşa Azərbaycanın gözüdür!" deyirdi bu dahi insan! Xocalı harayımızı, səsimizi, yanğımızı, hayqırtımızı, hıçqırığımızı regionu da aşaraq qlobal müstəviyə çıxardıb bu dahi insan! Dövlət televiziyamızdan ucalaraq bizə hər bayramda ən böyük sevinc gətirib, hüzn günündə ən dayaqlı arxa olub onun səsi! Heydər Əliyev özünə azərbaycanlı deyərək dünyanın istənilən bucağında yaşayan insanın haqq səsi olub! Parçalamağa cəhd göstərilən xalqı "azərbaycançılıq" məfkurəsi ətrafında birləşdirməyi bacarıb bu düha! Heydər Əliyev deyirdi ki, cəsarət və sədaqətdən başqa insan hər keyfiyyəti öyrənir. Belə bir deyim də var ki, insan cəsarət xüsusiyyətindən başqa hər şeyi təqlid edə bilər. Heydər Əliyev unikal idi, bənzərsiz idi, cəsarətli və sədaqətli idi. Heydər Əliyev öz cəsarəti ilə beynəlxalq münasibətlərdə misilsiz rol oynayıb, ona təsir göstərməyə qadir olub. Məhz bu dəst-xəttin bu gün də davam etdirilməsi məhz genetik kodlardan irəli gələn məsələdir. Dünyanın siyasi sistemi mürəkkəb rıçaqlar, əks çəkilər, qütblər toplusudur, əhəmiyyətsiz və çox ağırdır. Müasir dövrün siyasət paradiqması siyasi sistemin özünün dünya siyasi tarazlığı ilə ayrılmaz şəkildə bağlı olduğunu deməyə də əsas verir. Heydər Əliyev irsinin davamçısı Müzəffər Ali Baş Komandanımız İlham Əliyev dünyanın bu yeni reallığında siyasi vektorların, təsir rıçaqlarının dəyişməsinə təsir edir. Siyasət həm də hərəkətləri formalaşdıran, dolduran, müəyyən edən, xarakterizə edən və qiymətləndirən məsələdir. Xüsusi əhəmiyyəti və çəkisi isə şəxsiyyətin fərdi bacarıqlarının mövcudluğundadır. Azərbaycanın dünyada bugünkü mövqeyi dövlət başçımızın bilik və bacarıqlarının məhsuludur. Dövlət haqqında səciyyələndirilən və fərdiləşdirilmiş məlumatların bütün massivi liderin imicində əks olunur. Heydər Əliyev məktəbinin ən uğurlu yetirməsi olan cənab Prezident İlham Əliyevin imici bütün xalqımızın imicini yüksəldir, Ulu öndərimizin məqamını ucalara qaldırır. 

Şüurlu və planlı təsirin, reallığın müvafiq virtual korrelasiyasının yaradılmasının köməyi ilə sivilizasiyanın inkişafının növbəti mərhələsində reallıqda dəyişikliklər etmək, axınları dəyişdirmək və situasiyanı qavramaq mümkün olur. Aydındır ki, bu zəncirin son dərəcə vacib elementi idarəetmə iyerarxiyasının müxtəlif səviyyələrində müasir liderlərin davranışıdır. Davranış dinamikası liderlik keyfiyyətləri nəticəsində üzə çıxır ki, nəticədə özünü situasiya səviyyəsində və hadisələrdə əks etdirir. İki dəyişənin birləşməsi isə liderliyin öyrənilməsinə gətirib çıxarır. Məhz bütün hadisələri və situasiyaları təhlil edərkən Heydər Əliyevin nəhəngliyinə heyran olursan. Heydər Əliyev "azərbaycançılıq" məfkurəsinin nüvəsində bir çox məfhumu qoruyub saxlamağı, inkişaf etdirməyi bacardı. İnsanların iqtisadi və sosial davranışlarını müəyyən edən dinin, tarixin, mənəvi dəyərlərin, adət-ənənələrimizin yerini mərkəzdə müəyyənləşdirirək, bizim həm də dünyəvi ideallara məxsusluğumuzu, onu unutmamağımızı söylədi. Bu amilləri isə əsaslandırmaq üçün vurğuladıq. Ona görədir ki, bu gün cənab Prezident İlham Əliyev dünyaya önəmli mesaj verərək ən əhəmiyyətli məsələnin körpü olduğunu bildirir və əlavə edir ki, bu, bir növ mədəniyyətdir. "Körpü ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir". Bəli, Azərbaycan xalqının imici geosiyasi və geomədəni obrazın yüksək dəyərlər toplusudur.
    Çox vaxt valideynlər öz oğullarının dahiliyini görə bilir. Heydər Əliyev "Mən ona özüm qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyirəm!" deməklə bu uzaqgörənliyini də sübut etmiş dahidir. İlham Əliyevin məhz Heydər Əliyevin oğlu olması, siyasi məktəbini keçməsi Müzəffər Ali Baş Komandanın taleyinə, fikirlərinə təsir etdi. Tale ona Müzəffər statusunu bəxş etməklə xalqının fikirlərinin dərinliyinə, arzularının ucalığına nüfuz etdi. Siyasət həqiqətən hərəkət edir. Heydər Əliyev siyasi məktəbinin hərəkətverici qüvvəsi Azərbaycan xalqı, onu işlək, dinamik vəziyyətdə saxlayan isə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
26
Mənbələr
Şərh ()
Bağla