AZ

MEHDİYEVİN BANKI ƏN PROBLEMLİ BANKLAR SIRASINDA - Rüstəmovun bankı isə...

Ölkə banklarının əsas səmərəlilik göstəricilərindən biri əlbəttə ki, onların verdikləri kreditlərin həcmi və bu kreditlərin qaytarılması vəziyyətilə birbaşa əlaqəlidir. Çox vaxt bankların müflisləşməsinə səbəb olan əsas amillərdən biri problemli kreditlərin həcminin yüksək olmasıdır.

“AzPolitika” xəbər verir ki, ölkə banklarında vaxtı keçmiş kreditlərin həcminə görə “lider” banklar müəyyənləşib. 

Bununla bağlı “fed.az”-ın dərc etdiyi siyahıdan bəlli olur ki, ümumi kredit portfelində ən çox problemli kredit faizinə malik olan bankların ilk beşliyində Ramiz Mehdiyevin ailə bankı sayılan “Bank BTB” də var. Bu bankın problemli kreditləri ümumi kredit portfelinin az qala 10 faizini – 9.26 faiz təşkil edir ki, bu da mənfi mənada kifayət qədər yüksək göstəricidir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla