AZ

Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb

Ukrayna

Kiyev, 10 may, AZƏRTAC

Ukrayna Silahlı Qüvvələri F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk özünün “Telegram” səhifəsində yazıb.

Onun sözlərinə görə, Çexiya ilk F-16 qırıcı simulyatorunu taktiki aviasiya briqadalarından birinə təhvil verib. Aviasiya simulyatorunun əsas modulu artıq ukraynalı mütəxəssislər tərəfindən sınaqdan keçirilir və istismara hazırlanır.

“Aviasiya komponentini gücləndirməkdə Ukraynaya kömək edən hər kəsə təşəkkür edirəm, əlbəttə ki, biz F-16-ların özündən əlavə, gənclərimiz üçün güclü təhsil və maddi baza yaratmalıyıq”, - deyə Oleşuk əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
azertag.az

2Mənbələr