AZ

Putin baş nazirliyə namizəd onu göstərdi

Rusiya prezidenti Vladimir Putin baş nazirliyə namizəd kimi Mixail Mişustinin adını parlamentə təqdim edib.

News24.az xəbər verir ki,Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının sədri Vyaçeslav Volodin sosial media hesabından açıqlamasında deyib:

“Putin Mixail Mişustinin baş nazir postuna namizədliyi ilə bağlı Dövlət Dumasına təklif təqdim edib”.

Qeyd edək ki, 2020-ci ildə ölkədə ediləcək konstitusiya dəyişikliyi ilə Dumanın müasir Rusiya tarixində ilk dəfə hökumət quruluşuna daxil ediləcəyinə işarə edən Volodin, parlamentin baş nazir, baş nazir müavinləri və nazirləri təsdiqləyəcəyini bildirib.

Volodin deyib ki, “Qanunvericilik və icra hakimiyyətləri arasında birgə işdə yeni mərhələ başlayır. Əvvəllər problemlər çox vaxt hökumətin və ya nazirlərdən birinin nöqsanları ilə izah olunurdusa, indi həm hökumət, nə də deputatlar məsuliyyət daşıyacaq”.

Namizədlik məsələsinin bugünkü ümumi yığıncaqda müzakirə ediləcəyini açıqlayan Volodin, baş nazirliyə namizəd Mişustinin deputatlara təqdimat edəcəyini, daha sonra sualları cavablandıracağını qeyd edib.

Volodin bəyan edib ki, siyasi partiyaların nümayəndələri yeni hökumətlə bağlı çıxışlar edəcək, parlament üzvləri isə baş nazirin namizədliyi ilə bağlı ümumi yığıncaqda səs verəcəklər.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla