AZ

Maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılıb

Maşın

Bakı, 10 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, baş elmi işçi İradə Ələkbərova “İnsan davranışının analizində istifadə olunan maşın təlimi alqoritmlərinin müqayisəli analizi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə internetin insanların gündəlik həyatına müdaxiləsi, sosial media üzərindən ictimai rəyin insanların davranışlarına təsiri, eləcə də mobil əlaqələrin genişlənməsinin müasir dövrdə “vətəndaşın davranışı” (Citizen Behavior) məsələlərini daha da aktuallaşdırdığı qeyd edilib.

“Dövlətin idarə olunması prosesində vətəndaşın davranışını düzgün qiymətləndirmək və haqqında doğru qərar qəbul etmək, dövlət təşkilatları tərəfindən yerinə yetirilməli olan ən vacib məsələlərdəndir”, - deyə İ.Ələkbərova bildirib. Əlavə edib ki, insan davranışının analizi maşın təlimi alqoritmlərindən istifadə edilməklə müxtəlif tədqiqat sahələrində yayılmaqdadır. Analiz üçün ilkin məlumatlar sosial media resurslarından, müxtəlif reyestrlərdən, videomüşahidə kameraları kimi mənbələrdən əldə edilir.

İ.Ələkbərova insan davranışının analizində müxtəlif yanaşmaların mövcud olduğunu, tədqiqatlarda adi statistik hesablamalardan klasterləşmə və optimallaşma modellərinə qədər müxtəlif metodlardan istifadə edildiyini vurğulayıb. O, insan davranışın analizinin tətbiq olunduğu sahələrdən bəhs edib, davranışların fərdi və kollektiv olaraq təsnif olunduğunu diqqətə çatdırıb. Həmçinin videomüşahidə vasitəsilə, mətnlərin və nitqin analizində istifadə olunan intellektual analiz metodlarından danışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla